...

Bakıda təmir sexində minik avtomobili yanıb

Hadisə Materials 30 Noyabr 2019 11:52 (UTC +04:00)
Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
Bakıda təmir sexində minik avtomobili yanıb

Bakı. Trend:

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti