...

Sumqayıtda qadını vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Hadisə Materials 30 Noyabr 2019 22:51 (UTC +04:00)
Sumqayıt şəhərinin Lermontov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda qadını vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərinin Lermontov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Noyabrın 27-də saat 19 radələrində Sumqayıt şəhərinin Lermontov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini A.Məmişova vurulub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21011" markalı avtomobilin sürücüsü, Sumqayıt sakini V.İbrahimov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti