...

Ağcabədidə 14 yaşlı oğlan atasının 300 manatlıq lotereyalarını oğurlayıb itkin düşdü

Hadisə Materials 16 Dekabr 2019 09:59 (UTC +04:00)
Ağcəbədi rayonunda azyaşlı atasının lotereyalarını oğurlayıb.
Ağcabədidə 14 yaşlı oğlan atasının 300 manatlıq lotereyalarını oğurlayıb itkin düşdü

Bakı. Samir Əli - Trend:

Ağcəbədi rayonunda azyaşlı atasının lotereyalarını oğurlayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Qəsəbə sakini Abasquliyev Nazim Asif oğlu polisə müraciət edərək bildirib ki, oğlu, 2005-ci il təvəllüdlü Abasquliyev Şəhriyar Nazim oğlu qəsəbə ərazisindəki "Maqnit" marketin qarşısında onun lotereya satdığı əraziyə gəlib. Ata satışa çıxardığı lotoreyaları 14 yaşlı oğluna həvalə edərək nahar etməyə gedib, lakin qayıdarkən oğlunu yerində görməyib.

Araşdırmalar zamanı məlum olub ki, 14 yaşlı Ş. Abasquliyev nənəsinə zəng vuraraq atasının 300 manatlıq lotereyasını oğurlayaraq lotereya olan çantanı boş vəziyyətdə zibil qabına atdığını deyib. Ş.Abasquliyev nənəsi ilə danışandan sonra telefonu söndürüb və həmin vaxtdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti