...

Bakıda universitet tələbəsi Pakistan vətəndaşını döyərək qarət etdi

Hadisə Materials 19 Dekabr 2019 19:10 (UTC +04:00)
Bakıda əcnəbi qarət edilib.
Bakıda universitet tələbəsi Pakistan vətəndaşını döyərək qarət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi qarət edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, R.Behbudov küçəsi 13 ünvanındakı hosteldə baş verib.

Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Asad Mühammed Bin polisə müraciət edərək bildirib ki, həmin hosteldə olarkən Pakistan vətəndaşları - Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, 1998-ci il təvəllüdlü Mahmood Salman və 1998-ci il təvəllüdlü Munir Shaqaib 700 avro pulunu oğurlayıb. Daha sonra Mahmood Salman onu döyüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti