...

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 10 Yanvar 2020 15:25 (UTC +04:00)
Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Yevlax rayon Tanrıqulular kənd sakini H.Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R. Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti