...

Sabirabadda 5 otaqlı evdə yanğın olub

Hadisə Materials 11 Yanvar 2020 11:08 (UTC +04:00)
Sabirabadda ev və ona bitişik talvar yanıb.
Sabirabadda 5 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Sabirabadda ev və ona bitişik talvar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad rayonunun Mürsəlli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin çardağı və tavanının yanar konstruksiyaları 70 m² sahədə, bir otağının döşəməsi 10 m² sahədə yanıb.

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 200 m² olan talvarın lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Evin, talvarın qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti