...

İmişlidə dəhşətli qəza: Avtomobil kanala aşdı, 2 nəfər öldü

Hadisə Materials 15 Yanvar 2020 12:57 (UTC +04:00)
İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
İmişlidə dəhşətli qəza: Avtomobil kanala aşdı, 2 nəfər öldü

Bakı. Samir Əli - Trend:

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatlna görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.
Rayonun Yalavac kənd sakini 32 yaşlı Zaur Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin - rayonun Cəfərli kənd sakini, 32 yaşlı Nicat Məmmədov suda boğulub. Avtomobildə olan digər 2 sərnişin - Yalavac kənd sakinləri 26 yaşlı Elvin Mustafayev və 29 yaşlı Eldəniz Mehdiyev müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti