Bakı. Trend:
Sumqayıtda mənzildə meyit tapılıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Yejov Aleksey Oleqoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.