...

Kanalda batan Yevlax sakininin meyiti tapıldı

Hadisə Materials 31 Yanvar 2020 14:00 (UTC +04:00)
Onun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb
Kanalda batan Yevlax sakininin meyiti tapıldı

Bakı. Trend:

Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilir ki, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti