...

Xocavənddə avtomobillə vurulan piyada hadisə yerində ölüb

Hadisə Materials 3 Fevral 2020 12:20 (UTC +04:00)
Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xocavənddə avtomobillə vurulan piyada hadisə yerində ölüb

Bakı. Samir Əli - Trend:

Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri Natiq Əlizadəni və İ.Hacızadəni vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Xocavənd RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti