...

Bakıda çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yanğın baş verib

Hadisə Materials 6 Fevral 2020 09:12 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü
Bakıda çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yanğın baş verib

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda binanın ondördüncü mərtəbəsində yanğın baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının ondördüncü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində paltaryuyan, qabyuyan və mətbəx mebeli 2 p.m yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti