...

Şabranda "VAZ" 78 yaşlı qadını vurub öldürdü

Hadisə Materials 20 Fevral 2020 10:09 (UTC +04:00)
Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Şabranda "VAZ" 78 yaşlı qadını vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Gəndov-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini, 1951-ci il təvəllüdlü Cavadov Şıxrza Yusif oğlu idarə etdiyi 44 BC 745 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Şabran rayonu, Ağalıq kənd sakini, 1942-ci il təvəllüdlü Mustafayeva Səkinə Bilal qızını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti