...

Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı

Hadisə Materials 26 Fevral 2020 18:23 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı

Bakı. Trend:

Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti