...

Bakıda zəncirvari qəza tıxaca səbəb olub

Hadisə Materials 10 Mart 2020 08:57 (UTC +04:00)
Bakıda zəncirvari qəza baş verib
Bakıda zəncirvari qəza tıxaca səbəb olub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Moskva prospektindən üzü şəhər istiqamətində qeydə alınıb. Qəzaya səbəb isə ara məsafəsinin saxlanılmaması deyilir.

Belə ki, adıçəkilən yolda hərəkətdə olan “Mercedes C class” markalı avtomobil qarşısında eyni model maşının “ML” markası ilə toqquşub, həmin avtomobil isə, ondan öndə olan digər minik vasitəsinə dəyib.

Hadisə səbəbindən Moskva prospektindən üzü şəhər istiqamətində tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti