Bakı. Trend:
Şəki rayonunun Biləcik kəndi ərazisində yol-nəqliyyat hadisəsi baç verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 13-də saat 20 radələrində Şəki rayonunun Biləcik kəndi ərazisində Mingəçevir şəhər sakini Y.Quliyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Rəcəbovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.