...

Cəlilabadda başqasının avtomobili ilə karantin qaydalarını pozan şəxs həbs olundu

Hadisə Materials 14 Aprel 2020 16:12 (UTC +04:00)
Cəlilabadda başqasının avtomobili ilə karantin qaydalarını pozan şəxs həbs olundu

Bakı. Trend:

Cəlilabadda başqasının avtomobili ilə karantin qaydalarını pozan şəxs həbs olundu.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Abdullu kənd sakini Yusif Nəziyev şəhər ərazisində xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən idarə etdiyi "Mersedes" markalı avtomobillə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu, eyni zamanda başqasına məxsus avtomobili idarəetmə hüququ olmadan sürdüyü müəyyən edilib.

Y.Nəziyev ərazidən uzaqlaşmaq istəsə də, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Həmin şəxs inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti