...

Azərbaycanda avtoparkda "Mercedes" qarət edildi

Hadisə Materials 25 Aprel 2020 09:55 (UTC +04:00)
Azərbaycanda avtoparkda "Mercedes" qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda avtomobil dayanacağında oğurluq hadisəsi olub.

Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu S.Vəzirov küçəsində yerləşən avtoparkda vətəndaşa məxsus "Mercedes" markalı avtomobilin qiyməti 1300 manat olan buferi oğurlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Elvin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti