...

Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib

Hadisə Materials 1 May 2020 10:12 (UTC +04:00)
Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib

Bakı. Samir Əli - Trend:

Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1 200 manat götürüb.

Faktla bağlı Xətai rayon cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti