Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan mağazanın ondulindən ibarət dam örtüyü və lambirindən ibarət tavanı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.