...

Sumqayıtda "Land Rover" yanıb

Hadisə Materials 7 May 2020 08:55 (UTC +04:00)
Sumqayıtda "Land Rover" yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin arxa buferi əriyib.

“Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti