...

Tərtərdə karantin qaydalarını təkrar pozan bloqer cərimələndi

Hadisə Materials 16 May 2020 17:33 (UTC +04:00)
Tərtərdə karantin qaydalarını təkrar pozan bloqer cərimələndi

Bakı. Trend:

Özünü bloqer adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Tərtər Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.

Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti