...

Daşkəsəndə qardaş bacısını odun parçası ilə qətlə yetirdi

Hadisə Materials 4 İyun 2020 12:44 (UTC +04:00)
Daşkəsən rayonunda qətl hadisəsi baş verib.
Daşkəsəndə qardaş bacısını odun parçası ilə qətlə yetirdi

Bakı. Samir Əli - Trend:

Daşkəsən rayonunda qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti