...

Göyçay bazarında 5 mağaza və içərisində olan mallar yanıb

Hadisə Materials 8 İyun 2020 20:15 (UTC +04:00)
Göyçay bazarında 5 mağaza və içərisində olan mallar yanıb

Bakı. Trend:

Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 m² olan 5 mağaza və içərisində olan mallar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti