...

Polis Bakıda həyətdə narkotik plantasiyası aşkarladı

Hadisə Materials 12 İyun 2020 09:27 (UTC +04:00)
Bakıda narkotik becərməsilə məşğul olan şəxs yaxalanıb
Polis Bakıda həyətdə narkotik plantasiyası aşkarladı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik yetişdirən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları daxil olan məlumat əsasında qəsəbə sakini Rəfael Cabbarovun həyətyanı sahəsinə baxış keçiriblər. Baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə becərdilən, ümumi çəkisi 12 kiloqram 785 qram olan 172 ədəd çətənə kolu aşkar edilib.

R.Cabbarovun evindən isə 5 kiloqram 15 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti