...

Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 22 İyun 2020 09:45 (UTC +04:00)

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti