...

Ağsuda keçmiş məhkumdan narkotik götürülüb

Hadisə Materials 6 İyul 2020 20:33 (UTC +04:00)
Ağsuda keçmiş məhkumdan narkotik götürülüb

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu şəhər sakini M.Qəhrəmanovdan 241 qr marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, evindən isə 235 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti