...

Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb

Hadisə Materials 7 İyul 2020 10:39 (UTC +04:00)
Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb

Bakı. Samir Əli - Trend:

Sabirabad rayonunda gənc oğlanı elektrik enerjisi vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Paşazadə Kamran Vidadi oğlunu su nasosunu nizamlayarkən elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti