Bakı. Trend:
Balakən rayonunun Şamxal kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 24 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.