...

Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)

Hadisə Materials 12 Avqust 2020 18:01 (UTC +04:00)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində su borusu partlayıb.

Trend-in məlumatına görə, hadisə Zaur Şərifov küçəsi, bina 5-in qabağında qeydə alınıb. Sakinlərin sözlərinə görə, iki saatdan çoxdur axan su yolda gölməçə yaradıb.

Əlavə edilib ki, borunun partlamasına səbəb ərazidə qazıntı aparan traktor olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti