...

Mülki şəxslərin qadına qarşı zorakılıq etməsi ilə bağlı yayılan iddialar əsassızdır - Polis

Hadisə Materials 15 Avqust 2020 12:52 (UTC +04:00)
Mülki şəxslərin qadına qarşı zorakılıq etməsi ilə bağlı yayılan iddialar əsassızdır - Polis

Bakı. Trend:

Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır.

Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti