...

Şabrandakı yanğın söndürüldü

Hadisə Materials 16 Avqust 2020 18:10 (UTC +04:00)
Şabrandakı yanğın söndürüldü

Bakı. Trend:

Şabran rayonunda Xaltan qəbirstanlığı adlanan ərazidə 3 ha sahədə və Meşə Təsərrüfatı İdarəsinə məxsus dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

15:53

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti