Bakı. Trend:
Siyəzən rayonunun Qozağacı və Yenikənd kəndləri yaxınlığında dağlıq ərazidə 30 ha quru ot, kol-kos və 5 ha biçilmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.