...

Yaponiyada güclü zəlzələ baş verib

Hadisə Materials 12 Sentyabr 2020 07:51 (UTC +04:00)
Yaponiyada güclü zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Miyagi prefekturasının sahillərində, ocağı isə okean qatı altında 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bildirilir ki, yeraltı təkanlar ölkənin bir sıra şimal-şərq və şərq prefekturlarında, o cümlədən Tokioda hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti