...

Xaçmazda anbar yanıb

Hadisə Materials 26 Dekabr 2020 09:20 (UTC +04:00)
Xaçmazda anbar yanıb

Bakı. Trend:

Xaçmazda köməkçi tikili və anbarda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi 375 kvadratmetr olan taxta konstruksiyadan ibarət köməkçi tikili və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 600 kvadratmetr olan anbarın dam örtüyü 10 kvadratmetr sahədə qismən yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti