...

Məktəbdən 3 min manatlıq proyektor oğurlanıb

Hadisə Materials 29 Yanvar 2021 10:50 (UTC +04:00)
Məktəbdən 3 min manatlıq proyektor oğurlanıb

Bakı. Samir Əli - Trend:

Bakıda orta məktəbdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 ədəd proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti