...

Evini tərk edən daha bir koronavirus xəstəsi barədə cinayət işi başlandı

Hadisə Materials 29 Yanvar 2021 14:00 (UTC +04:00)
Evini tərk edən daha bir koronavirus xəstəsi barədə cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də ölkə ərazisində evini tərk edən 1 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb.

Bakının Sabunçu rayonu ərazisində aşkarlanan həmin şəxs polis əməkdaşlarının müşaiyəti ilə evə qaytarılıb və barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti