...

Sabirabadda qanunsuz ov edənlər saxlanıldı

Hadisə Materials 2 Fevral 2021 16:29 (UTC +04:00)
Sabirabadda qanunsuz ov edənlər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bulaqlı kəndi ərazisində T.Gözəlov və Q.Gözəlov ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən 2 ədəd “TOZ-16” markalı ov tüfəngi və ovladıqları çöl quşu götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti