...

İsmayıllıda koronavirus xəstəsi məhkəməyə çıxarılacaq

Hadisə Materials 9 Fevral 2021 09:36 (UTC +04:00)
İsmayıllıda koronavirus xəstəsi məhkəməyə çıxarılacaq

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonunda aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini tərk edən rayon sakini barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Trend-in məlumatına görə, rayon sakini Qüddəsərov Mayıl Xəmi oğlu barəsində olan cinayət işinin materialları İsmayıllı rayon məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin olunub. Prosesə hakim İlqar Hüseynov sədrlik edəcək.

Xatırladaq ki, İsmayıllı rayon sakini koronavirus infeksiyasına yoluxan M. Qüddəsərova evdə müalicə təyin edilsə də, o icazəsiz olaraq yaşayış yerini tərk edib. Hüquq - mühafizə orqanları əməkdaşlarının nəzarət tədbirləri nəticəsində İ.Qüddəsərov ictimai yerdə aşkar edilərək evinə qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139 -1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti