...

Ötən gün borca görə axtarışa verilən 22 nəfər saxlanılıb

Hadisə Materials 17 Fevral 2021 10:38 (UTC +04:00)
Ötən gün borca görə axtarışa verilən  22 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 16-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti