...

Neftçalada azyaşlı qıza təcavüz edən 59 yaşlı şəxs həbs edilib

Hadisə Materials 5 Aprel 2021 19:06 (UTC +04:00)
Neftçalada azyaşlı qıza təcavüz edən 59 yaşlı şəxs həbs edilib

Bakı. Samir Əli - Trend:

Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında tam və hərtərəfli araşdırılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti