Bakı. Trend:
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 18 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.