...

Keçmiş məhkum silahla küçədə yaxalanıb

Hadisə Materials 18 İyun 2021 12:48 (UTC +04:00)
Keçmiş məhkum silahla küçədə yaxalanıb

Bakı. Samir Əli - Trend:

Bakıda keçmiş məhkum küçədə silahla yaxalanıb.

Trend-in məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədzadə Suraxanı rayonu ərazisində saxlanılıb.

Ondan “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti