...

Lənkəranda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 29 İyun 2021 22:27 (UTC +04:00)

Bakı. Trend:

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 420 m² (hər mərtəbəsi 210 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 210 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti