Bakı. Trend:
İsmayıllı rayonunun Kəlbənd kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri və yaxınlıqda olan kol-kosdan ibarət çəpər 80 p.m yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.