...

Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 20 İyul 2021 15:23 (UTC +04:00)
Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop dərman həbləri əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nizami Vəliyev saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 10 ədəd “tramadol” həbi aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs həmin həbləri 15 manata Faiq adlı şəxsdən aldığını bildirib.Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə ədə edib saxlamaqda və satmaqda şübhəli bilinən Faiq Musayev saxlanılıb. Onun üzərindən də “tramadol” həbləri aşkar edilərək götürülüb. Dindirilmə zamanı F. Musayev həmin həbləri şəhər sakini olan bir qadından aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa ŞBPİ-nin digər tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri- Ramin Həsənov, Kənan Mahmudov, Məmmədhəsən Məmmədov və Namiq Cəlilov saxlanılmış, həmin şəxslərin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti