...

"TikTok”da narkotik vasitələri təbliğ edən daha bir nəfər saxlanılıb (VİDEO)

Hadisə Materials 23 İyul 2021 18:00 (UTC +04:00)
"TikTok”da narkotik vasitələri təbliğ edən daha bir nəfər saxlanılıb (VİDEO)

Bakı. Trend:

“TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili videolar yayan şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb. Bu şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.

Adıçəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti