...

Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 28 İyul 2021 12:51 (UTC +04:00)
Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qasımov saxlanılaraq Baş Polsi İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib.Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə ədə edib saxlamaqda və satmaqda şübhəli bilinən , əvvəllər məhkum olunmuş İlkiun Mahmudov saxlanılıb. Saxlanılan şəxs İ. Qasımova narkotik maddə satdığını, özü isə Hüseyn adlı şəxsdən aldığını etiraf edib.

Polis əməkdaşları narkotik maddə satmaqda şübhəli bilinən Hüseyn Fərman oğlunun yerini müəyyən edərək ŞBPİ-nə gətirib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Musayev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti