Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 75 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.