...

Oğuzda dağlıq ərazidəki yanğın söndürülüb

Hadisə Materials 12 Avqust 2021 13:07 (UTC +04:00)
Oğuzda dağlıq ərazidəki yanğın söndürülüb

Bakı. Trend:

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə dünən baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1,5 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Meşə zolağı yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti