...

Lənkəranda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə Materials 19 Avqust 2021 22:45 (UTC +04:00)
Lənkəranda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti